"Miran" haqqında yayılan xəbərdən danışdı: "Yalandır"

"Miran" haqqında yayılan xəbərdən danışdı: "Yalandır"

Türkiyənin baxımlı serialı olan “Hercai”də baş rolu canlandıran aktyor Akın Akınözü çəkiliş meydançasına gecikməsi və karavanı dağıtması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. SİA-nın məlumatına görə, o, xəbərlərin yalan olduğunu bildirib:

“Çəkilişdən öncə hazırlıq ərəfəsində işçilərdən birinin səbəb olduğu gecikmənin məndən qaynaqlı olduğu iddia edilib. Mənə qarşı təhqir edildi və həmin şəxs tərəfindən karavan dağıdıldı. Sözügedən işçidən şikayətçi olmuşam. Hazırda da çəkilişdəyəm. Bu səbəbdən də açıqlamam gecikdi”.

Qeyd edək ki, hazırda serialın final bölümü lentə alınır. Aktyor ekran işində "Miran" obrazını canlandırır. Onun tərəf müqabili isə aktrisa Ebru Şahindir.

Bütün xəbərlər Facebook səhifəmizdə