“Kurtlar vadisi”nin aktyoru Hərbi Qənimətlər Parkında olub FOTO

“Kurtlar vadisi” serialında "Güllü Erhan" obrazını canlandıran türkiyəli aktyor Erhan Ufak Azərbaycana səfər edib. SİA-nın məlumatına görə, aktyor Bakıdakı Hərbi Qənimətlər Parkında olub.

Bu barədə erməni əsgər və zabitlərin maketlərinin hazırlanmasında əməyi keçən heykəltaraşlardan biri olan "Rəşid Məhərrəmov" sosial media hesabında məlumat verib.

Rəşid qeyd edib ki, aktyor onun işləri ilə yaxından tanış olub və Hərbi Qənimətlər Parkının çox gözəl olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə