Nigar komada olan anasından yazdı: "Sənsiz nəfəsim kəsilir" FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanovanın anası günlərdir komadadır. SİA-nın məlumatına görə, ifaçı yenidən sosial media hesabında anasının şəklini yayımlayaraq hər kəsi kövrəldici sözlər qeyd edib: "Ana, tez sağal nə olar. Gücümü itirmişəm, sənsiz nəfəsim kəsilir.

Həkimlər qolumu-qanadımı qırır. Nə olar, anama dua edin. Ananızı sevin. Anasız ev çox boşdur. Kaş ömrümdən pay verə biləydim, səninlə bərabər yaşayardım. Son saniyəmiz də eyni anda bitərdi. Bu həyat məni "döyməkdən" yorulmadı. Ən zəif nöqtələrimdən vurur".

Onun bu paylaşımına izləyicilərlə yanaşı məşhur simalar da rəy yazaraq ifaçının anasına Allahdan şəfa diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə