Peyvənd olunan Miri Yusif: "Başqa yol yoxdur" FOTO

Xalq artisti Miri Yusif koronavirus əleyhinə peyvənd etdirib. SİA-nın məlumatına görə, bu haqda müğənninin özü xəbər verib. Belə ki, o, sosial media hesabında fotosunu yayımlayıb.

Sənətçi paylaşımına bu sözləri əlavə edib: "Peyvənd olundum, başqa yol yoxdur. Peşəkar həkimlərimizə dərin minnətdarlığımı bildirirəm. Hamını vaksin vurdurmağa çağırıram. Allah bizi qorusun, konsertlərdə görüşək".

Bütün xəbərlər Facebook səhifəmizdə