"Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz" VİDEO

Müğənnilər Sevil və Sevinc bacıları Moskva toylarına gedən sənət adamlarını ələ salıb. SİA-nın məlumatına görə, onlar bu barədə verilişlərin birində qonaq olarkən deyib: "Mənə bloqqer Sevinc deyirlər.

Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, "Youtube" hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz.

İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil hamı ora köçsün".

Bütün xəbərlər Facebook səhifəmizdə