Əməkdar artist: "Anam hələ də xəstəxanadadır"

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanovanın anası komaya düşüb. SİA-nın məlumatına görə, müğənni hələ də anasının xəstəxanada olduğunu bildirib: "Anam bir dəfə gözünü açıb yumub. Anama dua edin. Ana, nə olar, aç gözünü, tez oyan. Ayağını suya qoyub, suyu içəcəm, əhd eləmişəm. Allaha and olsun içəcəm. Məni sənsiz qoyma, sənsiz elə təkəm ki...

Valideynlərini atan övladlar, siz insan deyilsiniz. Övlad valideynsiz necə dözər? Evimiz atamsız, anamsız bomboşdur. Atam yaxşılaşır, şükürlər olsun. O gün olsun yazım ki, anam yaxşıdır. Anasız ev çox boşdur. Güclü olmağa çalışıram. Amma qız anasız çox tək olarmış".

Bütün xəbərlər Facebook səhifəmizdə