Nura Suri ad günündə özünə hədiyyə etdi FOTOLAR+VİDEO

Müğənni Nura Suri doğum günündə yeni klipini və fotosessiyasını təqdim edib. SİA-nın məlumatına görə, sənətçi bir neçə ay öncə ifa etdiyi sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova aid “Hərdən bir” adlı mahnısını ekranlaşdırıb. Klipi rejissor Emin Muradov və Elimaxography birlikdə ərsəyə gətirib.

Nura yeni ekran işi haqqında bu sözləri dilə gətirib: “Bu klipi ad günümdə özümə və sizə hədiyyə edirəm. Həyatımızda “Hərdən bir” yox, hər zaman xoşbəxtlik və uğur bizimlə olsun”.

Qeyd edək ki, ifaçının fotolarını Telman Heybətov çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə