Məşhur müğənni Kərim Abbasovun uzun zamandır yaradıcılığında heç bir yenilik yox idi. Deyəsən, müğənni "şeytanın ayağını sındırıb" klip çəkilişlərinə başlayır. SİA-ya açıqlama verən Kərimin sözlərinə görə, klip qeyri-adi formada çəkilir. Bir neçə gündən sonra onun yeni mahnılarından biri animasiya formatında ekran üzü görəcək.
Maraqlı məqam budur ki, müğənni klipdə tək deyil. Çəkilişdə tərəf müqabili müğənni Xatundur: "Klip 2D formatında hazırlanır. Mahnımın ekran versiyasını rejissor Ramin Abiloğluna həvalə etmişəm. Ümid edirəm ki, vəd etdiyim qədər ortaya maraqlı klip çıxarılacaq\".
O, həmçinin əlavə edib ki, qismət olarsa, bir müddətdən sonra Yaşıl Teatrda solo konsertini təqdim etməyi düşünür. Bundan öncə isə onun Nabrandakı istirahət mərkəzlərinin birində çıxışı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB