Elariz Məmmədoğlu öz bəstəsinə klip çəkdirib

Elariz Məmmədoğlu öz bəstəsinə klip çəkdirib

Azərbaycanın populyar müğənnilərindən olan Elariz Məmmədoğlu yeni klip çəkdirib. SİA-ya açıqlama verən müğənni klipin tam hazır olduğunu, lakin onun jurnalistlər qarşısında təqdimatını keçirməyi düşünmədiyini söyləyib: "Qoy media nümayəndələri məndən inciməsin. Onlarla daha nəhəng yaradıcılıq planlarımı gerçəkləşdirən zaman görüşəcəyəm".

Qeyd edək ki, musiqisi və sözlərinin özünə məxsus olduğu "Hara getsəm" mahnısına klipin rejissoru Rəhman Əliyevdir.


Bütün xəbərlər Facebook səhifəmizdə