Azərbaycanlı musiqiçi koronavirusdan öldü

Azərbaycanlı qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib. SİA-nın məlumatına görə, vəziyyəti ağır olan musiqiçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. N.Məmmədov günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum musiqiçinin iki gün əvvəl övladı dünyaya gəlib. O, körpəsinin üzünü də görməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə