Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub və xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, müğənni artıq evə buraxılıb. Bu haqda N.Musayev özü məlumat yayıb.

"Bilirəm ki, mənə görə nigaran qalmısınız, şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Yazdığınız gözəl sözlər və etdiyiniz dualar mənim üçün dəyərlidir" deyə, müğənni qeyd edib.

Qeyd edək ki, N.Musayev artıq xəstəxanadan evə buraxılıb və müalicəsini ev şəraitində davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə