Efirlərdən uzaq gəzən Namiq Qaraçuxurludan xəbər var

Uzun müddətdir efirlərdən uzaq gəzən meyxanaçı Namiq Qaraçuxurludan xəbər var. SİA-nın məlumatına görə, ifaçı tezliklə tamaşaçıları ilə görüşəcəyini bildirib: "Bilirəm, bir-birimiz üçün çox darıxmışıq. Lakin birləşib edəcəklərimizdən daha dəyərli şeylər var. Səbirli olaq, tezliklə görüşəcəyik. Mütləq görüşəcəyik".

Qeyd edək ki, N.Qaraçuxurlu bir müddət öncə verilişlərə getməməsinə səbəb kimi bu sözləri dilə gətirmişdi: "Efirlərə çıxmamağıma səbəb nə ulduzluq nə də tənbəllik etməyimdən irəli gəlir. Ölkəmizdə müharibə olub. Şəhid və qazilərimiz var. Şəhid ailələri qan ağlayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə