Azərbaycanlı aktyor İtalyada əcnəbi xanımla gizli evləndi? FOTO

Deyilənlərə görə, aktyor Elcan Rəsulov gizli şəkildə İtalyada evlənib. SİA-nın məlumatına görə, onun barəsində bu dedi-qoduların yayılmasına səbəb aktyorun sosial media hesabında gəlinlikdə olan bir xanımla şəkil yayımlaması olub.

Rəsulov şəxsi həyatı ilə bağlı gəzən şayiələrə elə "İnstagram" hesabında aydınlıq gətirib: "Deyəsən, axırda belə olacaq. Hansısa xarici ölkədən bir gəlin olacaq. Amma yox. Bu şəkil də İtaliyada çəkilib. "Love story" çəkdirən bəylə gəlini görüb sevinmişdim. Bəyə yaşımı və subay olduğumu dedim. O da, gəlinlə şəkil çəkdirməyə icazə verdi. Qoy toylar açılsın, hər şey yaxşı olacaq".

Həmin fotonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə