Damlanın idarə etdiyi toya polislər basqın etdi VİDEO

Sosial şəbəkələrdə Damlanın müğənni kimi iştirak etdiyi toya polislərin basqın etməsinin görüntüləri yayılıb. SİA-nın məlumatına görə, sözügedən videonu ifaçının prodüseri Şamil "İnstagram" səhifəsində paylaşıb.

Hadisə Rusiyanın Sanqpeterburq şəhərində baş verib. Belə ki, azərbaycanlı ailənin toy məclisini hüquq-mühafizə orqanları saxlayıblar. Səbəb isə qonaqların silahdan açdığı çoxsaylı atəşlər olub. Rus polisi el şənliyində iştirak edən hər kəsi nəzarətə götürüb.

Həmin videonu təqdim edirik:

https://www.instagram.com/p/CNjwR6IDAEC/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə