Rəqsanədən Rusiyadakı müğənnilərimizə: "Damağınızda siqaret, kişilərin içində oturursuz" VİDEO

Müğənni Rəqsanə İsmayılova Rusiyada toya gedən müğənniləri tənqid edib. SİA-nın məlumatına görə, ifaçı bəzilərini "yıxıb-sürüyüb": "Azərbaycan müğənniləri, musiqiçiləri bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram.

Səhvsiz insan yoxdur. 5-6 ildir ailə qurmuşam, ərim, uşağım var. Mənim də bəzi səhvlərim olub. Onları etdiyim üçün özümü bağışlamıram. Amma bura gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır.

İndi elə Xalq artistləri var ki, bir toy idarə edə bilmir. Ad almaq o demək deyil ki, sənəti var. İndi heç bir toydan qıtlıq çəkmirəm. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm.

Bilirəm, bir ildən çoxdur toy, iş yoxdur. Bura pul qazanmağa gəlirsiz. Ömrü boyu pul qazanan musiqiçi puldan ötrü bir-birini qırır. Bəs, fəhlə nə etsin? Bakıda toy üstündə bir-biri ilə dalaşanlar, hamısını gətirib Rusiyaya çıxarmısınız. Burada dava yox idi, indi Bakıda olanları burada yaşayırsınız. Pul üstündə bir-birilərini qırırlar. Bilirəm, hamınızın övladı, ailəsi, krediti var. Amma gəlin ağılla-başla qazanın. Damağınızda siqaret, kişilərin içində oturursuz. Siqareti kişi çəkər. Mən də musiqiçilərlə çalışıram. Hamısını gəlib danışırlar. Yoldaşınıza kənardan kimsə baxıb ələ salmasın".

Qeyd edək ki, pandemiya ərəfəsində Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Fədayə Laçın, Damla, Kərim Abbasov və başqaları Rusiyaya köçərək, orada işləməyə başlayıblar.

https://www.instagram.com/tv/CNiaLxdjsVd/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə