Müğənni Mənzurə Musayeva duet ortaqları haqqında qalmaqallı açıqlama verib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Bütün duet ortaqları eşq yaşayır, bəsdirin, belə iş olar? Hamısını öyrənirsən ki, eşq yaşayır. Eşq bitdi, gedib onun acığına başqa qız gətirir oxuyur. Qız da gedib başqa oğlan tapıb gətirir. Qızların çoxu sədaqətli olur. Oğlanlar isə yox".
Onun bu sözlərinə proqramda qonaq olan həmkarıTürkan Vəlizadə etiraz edib. O, bir vaxtlar duet oxuduğu meyxanaçı Pərviz Bülbülə ilə heç bir eşq yaşamadığını bildirib: "Pərvizin gözəl ailəsi var. Hər duet oxuyan eşq yaşamır. Mənzurə xanımın bu sözlərinə qatılmıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB