Azərbaycanlı aparıcının anası koronavirusdan vəfat etdi

Hazırda Türkiyədə olan aparıcı İlahə Nizamiqızının anası Şəfiqə xanım vəfat edib. SİA-nın məlumatına görə, onun ölümünə səbəb koronavirusa yoluxması olub.

İki gün öncə axşam saatlarında reanimasiyaya yerləşdirilən Şəfiqə xanım dünən səhər saatlarında Zığda yerləşən modul tipli xəstəxanada dünyasını dəyişib.

Aparıcı bu gün 04:30-da Azərbaycanda olacaq. İlahənin anasının dəfn mərasimi Tovuzda olduğu üçün o, hava limanından birbaşa Tovuza gedəcək.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...