Türkiyəli repçi Rəmişdən yazdı: "Təəssüf ki, onu itirdik" FOTO
"Ezhel" adı ilə tanınan repçi Ömer Sercan İpekcioğlu ötən gün vəfat edən Xalq artisti Rafiq Hüseynovla (Rəmiş) bağlı sosial şəbəkədə paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi Rəmişin ifasını "İnstagram" hesabının hekayə bölümündə paylaşaraq ölümünə görə kədərləndiyini qeyd edib:
“Rəmiş atanı ilk dəfə “Youtube”da tanıdım. Daha sonra gitaraya heyran oldum. Təəssüf ki, onu itirdik. Ruhu şad olsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB