Sabina Babayeva “Röya kimi”

Gənc, amma istedadlı müğənni Sabina Babayeva yeni klip çəkdirib. SİA-ya açıqlama verən ifaçının sözlərinə görə, bəstəkarı Məryəm Əlibəyli və Natiq Qəzənfəroğlu olan "Röya kimi" mahnısına klip çəkilib.

Qeyd edək ki, mahnı içıq üzü görən zamandan populyarlıq qazandı və bu gün də aktuallığını qoruyur. "Röya kimi" mahnısı müğənnin vizit kartına çevrilib.

Klipin rejissoru Orman Çingizoğludur. Bu həftədən etibarən klip yerli kanalların efirində yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə