Səidədən Röyaya: "İndi neyləyək ki sən bacarıqlı oldun, biz isə..."

Səidədən Röyaya: "İndi neyləyək ki sən bacarıqlı oldun, biz isə..."

Müğənni Səidə Sultan Xalq artisti Röya Ayxana sərt mesaj göndərib. SİA-nın məlumatına görə, ifaçı Röyaya bu sözləri ünvanlayıb: "Eşitdim kimsə mənim əlimnən tutub səhnəyə gətirib? Amma hələ də aranızda qərara gələ bilməmisiniz hansınız məni səhnəyə gətirmisiz. Bir bayram məndən böyüksən də, nə vaxt çatdırdın əlimdən də tutub səhnəyə gətirəsən? Ay xala qızı, ət tökən danışma. İndi neyləyək ki sən bacarıqlı oldun, biz isə öz xodumuza yavaş-yavaş getdik. Bu günümüzə çox şükür. Hər aşiqin bir dövranı var. İndi otur sən bizi izlə".

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Röya Ayxan "Səidə Sultanın əlindən tutub səhnəyə mən gətirmişəm" deyə açıqlama vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə