Günel Ələkbərova: “Rəqsanədə efir xəstəliyi var” - AÇIQLAMA

Günel Ələkbərova: “Rəqsanədə efir xəstəliyi var” - AÇIQLAMA
Ölkənin ən reytinqli verilişlərindən olan "Maşın-şou" realiti şousunda təməli qoyulan müğənnilər Günel Ələkbərova və Rəqsanə İsmayılova davası hələ də davam edir. Günelə nisbətən Rəqsanə ona qarşı kinli deyil. SİA-ya açıqlama verən Günel isə bu fikirdədir: "Heç mən də kinli insan deyiləm. Keçən dəfə realiti şouda mənə qarşı haqsızlıq olmuşdu. İndi o insanları görməməzlikdən gəlirəm. Amma qeyd edim ki, Rəqsanə xanımda bir az efir xəstəliyi var. Mən bunu həmkar kimi yox bir tamaşaçı kimi deyirəm. Çox təəssüf olsun ki, "maşın- şou"da bir yerdə idik. Rəksanənin neçə bir insan olduğunu gördüm. Ümumiyyətlə o insanın səmimiyyətinə inanmıram. Bu günkü gündə hamının özünə görə problemi var. Bu o demək deyil ki, efirə çıxıb hər kəsin qabağında ağlamalısan".

Bütün xəbərlər Facebook səhifəmizdə