Günay: “Onu oxuyanda gözlərim dolur” VİDEO

Günay: “Onu oxuyanda gözlərim dolur” VİDEO

Müğənni Günay İbrahimli mərhum Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin son bəstəsini ifa edib. SİA-nın məlumatına görə, “Darıxmışam” adlı mahnının sözləri Günel İşıldara, aranjimanı isə Samir Sultanova aiddir. İfaçı rejissor Elmir Abbasovla işbirliyi quraraq mahnıya ekran həyatı da verib.

“Darıxmışam” haqda danışan G.İbrahimli mahnının onun üçün çox qiymətli olduğunu deyib: “Yeganə mahnımdır ki, hər dəfə canlı ifa edəndə gözlərim dolur. Bəlkə də Nailə xanıma mahnını ifamda dinləmək qismət olmadığı üçün mənə təsir edir. Xoşbəxtəm ki, elə bir bəstəkardan oxumaq mənə də qismət oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə