Xatirədən ismarıc: "Heç kəs məni gizli keçirdiyi toyuna dəvət etməsin"
Müğənni Xatirə İslam son günlərdə gizli toy edənlərlə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, ifaçı bu sözləri dilə gətirib: "Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur. Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Mən hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toyuna dəvət etməsinlər. Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB