“Jara” musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib FOTOLAR

“Jara” musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib FOTOLAR

“Jara” musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Crocus City Hall”da təşkil edilən gecədə bir çox müğənnilər müxtəlif kateqoriyalarda mükafatlara layiq görülüblər. Musiqili mərasimin aparıcılığını Kseniya Sobçak edib.

“Crocus City Hall” səhnəsində Rusiyanın ən məşhur ifaçıları bir-birindən maraqlı kompazisiyalarını oxuyublar.
Daha sonra onlar 20 müxtəlif nominasiyada mükafatlandırılıblar.

“İlin müğənnisi” və “Ən yaxşı mahnı” nominasiyalarında ifaçı Zivert mükafata layiq görülüb.
Artik & Asti isə “İlin albomu” nomiasiyasında qalib olub.

Qeyd edək ki, tədbirin ötən ilin sentyabrın 4-də keçirilməsi planlaşdırılıb. Lakin pandemiya səbəbilə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə