İndi də qoyun qığından paltar tikdirəcək

İndi də qoyun qığından paltar tikdirəcək

Əməkdar artist Elza Seyidcahan yenə açıqlaması ilə gündəmə gəlməyi bacarıb. SİA-nın məlumatına görə, verilişlərin birində qonaq olan sənətçi qoyun qığından paltar tikdirəcəyini bildirib: “Ümumiyyətlə, çox geyimlər hazırlamaq istəyirik. Amma bir libas var ki, hələ mübahisəli qalıb. Fikirləşirəm ki, onu necə hazırlayacaqlar?

Qoyun qığından paltar tikdirmək istəyirəm. Onu əvvəl qurudub sonra boyayacaqlar. Tədricən qoxusu da yox olacaq. Sonra onları qoyun dərisi üzərinə düzüb geyim hazırlayacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə