Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov uzun müdətdir xəstəxanada müalicə alan Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) ziyarət ediblər.
SİA-nın məlumatına görə, M.İbrahimov bununla bağlı sosial şəbəkə hesabında məlumat verib. O, Xalq artisti ilə çəkdirdikiləri fotonu paylaşaraq bunları yazıb:
“Sevimli yetirməm Təyyarla gitaranı milliləşdirən gözəl sənətkarımız Rəmişi xəstəxanada ziyarət etdik. Sənətkarımıza yüksək səviyyədə diqqət göstərdiklərinə görə həkimlərimizə təşəkkür edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB