Aparıcı Vüsalə Kərimova ilə müğənni Afət Fərmanqızı arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, ifaçı bu gün qatıldığı verilişdə onun haqda olan sujetdən razı qalmayaraq, efiri tərk edib.
O, daha sonra "İnstagram"da canlı yayım açaraq veriliş haqda fikirlərin bildirib. Sözügedən verilişin aparıcısı Vüsalənin cavabı da gecikməyib. O, da bu sözləri qeyd edib: "Qızım maşAllah babat təlxəkliyin də var imiş. Deməli baxanlar bilir, baxmayanlara da mən deyim. Bu səhər qonağım olan Afət Fərmanqızı xanımın onun qalmaqalları ilə bağlı hazırlanan xronoloji sujet xoşuna gəlmədi, öncə özü demiş fonoqram güldü, daha sonra guya əsəbləşərək efiri tərk etdi. Əcəb elədi, gedənə yaxşı yol, sözüm onda deyil, belə ürəyin dolu idi oturardın efirdə deyişərdik. Canlı yayımı tərk edib, evdən "İnstagram"da canlı açıb məni yamsılamaq, öz həyat tərzini mənim adıma çıxıb danışmaq aciz adamın işidir. Mən söz üçün cibəgirənlərdən deyiləm. Dilim də var, dilçəyim də!
Bir haşiyə də çıxım ki, mən verilişin aparıcısıyam və kanalın rəsmi əməkdaşıyam. Belə olduğu halda təmsil etdiyim tv kanalın müxbirini "ucuz adam" adlandıran (efirdən kəsilib o hissələr) qonağın lazımı cavabını verməsəm, yediyim haram olar. Əziz Afət xanım bağışlayın, mənim sizin kimi adamı ucuz ya baha qiymətləndirilmək kimi şakərim yoxdu. Aşıq gördüyünü çağırar deyiblər! Mərdliyimə şübhəniz olmasın, düzə düz adamam! Təəssüf doğurucu məqam isə bu xanımın haqqımda irəli geri danışıqlarının məhz əməkdaşı olduğum kanalın rəsmi "İnstagram" səhifəsindən yayımlanmasına şərait yaradılmasıdır. Düzü, utandım da buna görə, əziz həmkar Yeganə xanım, xatırladım ki, Afət xanım məni deyil, digər əməkdaşımızı təhqir etdiyinə görə bu qalmaqal yaranıb. Sizdən fərqli olaraq mən iş yoldaşımın təhqir olunmasına imkan vermədim. Sizə gəlincə, belə susaraq izləmənizi ayaqda alqışladım.
Qeyd edirəm ki, peşəkar televiziyaçı heç bir halda həmkarının, iş yoldaşının təhqir olunmasına şərait yaratmamalıdır! Gözümün işığı olsa belə, mənim yanımda həmkarımı təhqir edən qonaq cavabını alacaq! Mənim təhqir olunmağıma şərait yaratmaqla, məqsəd kanalın digər verilişini piyar etməkdirsə, bir zəhmət, şikarınız mən olmayım!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB