Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailə quran aktrisa Aysel İbrahimovadan xəbər var. SİA-nın məlumatına görə, o, sosial media hesabında yeni fotosunu paylaşıb və bu sözləri qeyd edib: "Əziz izləyicilərim, mənə yazdığınız xoş sözlərə görə sizə sonsuz təşəkkürümü bildirirəm. Serialda yıxıldım, əzab çəkdim, gözlərim kor oldu. Böyük bir komanda ilə çalışdım və sizlər məni "Yasəmən" kimi sevdiniz. Baş verənlər hamısı ssenari əsasında oldu. Əsas həyatda adımı qoruyub saxlayıram. Mənim namusum və həyatdakı Aysel adım nəinki "Yuxu kimi ", Hollivud filmindən də üstündür. Sizləri sevirəm".
Qeyd edək ki, aktrisa Aysel İbrahimova ikinci dəfə ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB