Koronavirusa yoluxan azərbaycanlı aparıcı xəstəxanalıq oldu

Koronavirusa yoluxan azərbaycanlı aparıcı xəstəxanalıq oldu

Aparıcı Leyla Quliyeva koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu barədə aparıcı özü xəbər verib: "Narahat olan, zəng edən, axtaran hər kəsə təşəkkürümü bildirirəm. Hamınıza möhkəm can sağlığı arzu edirəm! Banal səslənsə də, şablon kimi qəbul olunsa da, amma həqiqətən ən vacibi can sağlığıdır. Mən də öz canımı və əhatəmdə olan hər kəsin sağlamlığını önəmli saydığım üçün ev şəraitində yox, həkimlərimizin nəzarəti altında müalicə almağı üstün tutdum. Bu boyda post yazdımsa, deməli, vəziyyətim kritik deyil".

Qeyd edək ki, L.Quliyeva hazırda Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır.

Bütün xəbərlər Facebook səhifəmizdə