“Ramo” da final edəcək

Baxımlı seriallardan olan “Ramo” ilə bağlı gözlənilməz qərar qəbul edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyon səhnələri ilə dolu ekran işi artıq iki ildir ki yayımlanır.

Lakin serialın nümayiş olunduğu “Show Tv” kanalı ilə müqaviləsinin müddətinin artıq bitdiyi və yenisinin isə imzalanmadığı deyilir.

Çəkilişlərinə Adana şəhərində start verilən, hazırda isə İstanbulda ekranlaşdırılan layihənin 5 bölümdən sonra final edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə