Koronavirusa yoluxan Xalq artisti Bəsti Cəfərovanın qızı Fidan anasının səhhəti barədə danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birinə telefonla bağlanaraq hazırda anasının yaxşı olduğunu bildirib: “Hazırda anamın səhhəti stabildir. Həkimlər tez-tez nəzarət edirlər, analizlər götürürlər. Ağciyərləri də yaxşıdır. Nəfəs almasında problem yoxdur.
Əvvəl qızdırması oldu, qalan simptomları yox idi. Demək olar ki, anama 5 gün mən baxdım. Hərdən hərarəti düşürdü, hərdən yenə də yüksəlirdi. Sonda qərar verdik ki, xəstəxanaya yerləşdirək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB