"Mata Hari" ən çox baxılanlar sırasında

"Mata Hari" ən çox baxılanlar sırasında

Azərbaycanı "Eurovision 2021" müsabiqəsində təmsil edəcək Samirə Efendinin "Mata Hari" mahnısı və klibi martda ən çox izlənilən 10 klip siyahısına düşüb. SİA-nın məlumatına görə, ekran işi yarışmanın "Youtube" kanalında dördüncü yerdə qərarlaşıb.

Top 10-luğa ötən illərdə yarışmada yer alan ekran işləri də daxil olub. Onlar arasında Aleksandr Rıbakın "Arcade" mahnısı yer alıb.

Hazırda "Mata Hari"nin ümumi baxış sayı 2,5 milyondur. Martın 15-də təqdim edilən ekran işi böyük marağa səbəb olub.

Qeyd edək ki, müsabiqə Rotterdamda mayın 18-dən 25-nə kimi keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə