Günel də koronavirusa yoluxdu

Müğənni Günel Ələkbərova da koronavirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, bu haqda sənətçi özü məlumat yayıb. Bir neçə gündür hərarəti olan ifaçı test nəticəsinin pozitiv olduğunu bildirib:

“Yıxmadı dağ məni, indi bu məni yıxacaq? Elə şey yoxdur. Dostlar, pozitiv olaq, qalan şey boşdur. Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Evdə müalicə alıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə