Aktrisa Ülviyyə Əliyeva bir neçə gün bundan öncə verilişlərin birində dediyi "Avropada fiziki məhdudiyyətli insanlara əngəl yoxdur. Normal insanlar kimi evlənirlər. İnsanın ruhu, əqli əngəlli olmasın. Mən elə insanları qüsurlu görmürəm. Ağlın başındadırsa, artıq sağlamsan. Əngəlli biri ilə evlənərdim. Əsas xasiyyətim uyğun gəlsin. Əgər qismətimə belə insan düşsə, qəbul edərdim" sözləri başına bəla olub.
SİA-nın məlumatına görə, onun bu sözləri bir çoxlarında qıcıq yaradıb. Əliyeva bununla bağlı açıqlama verib: "Bir neçə gün bundan öncə aparıcı Elgiz Əkbərin verilişində qonaq oldum. Həmin proqrama qollarında qüsur olan şəxs gəlmişdi. Evlənmək istəyirdi. Veriliş zamanı da vəkil Şəfiqə Nağıyeva ilə mübahisəmiz yarandı. Şəfiqə xanım söylədi ki, qüsurla olan şəxs elə özü kimisi ilə də evlənməlidir.
Mən də proqramda ona etirazımı bildirdim. Dedim ki, Avropada qolu, ayağı olmayan şəxslər məktəbə, universitetə gedirlər. Ailə də qururlar. Hətta uşaq sahibi də olurlar. Yəni sağlam insanla evlənirlər. Amma bizim bəzi insanlarda bu fikir formalaşmayıb. Hazırda Azərbaycanda qazilərimiz var. Onların sağlam fikri var. Qazilərimizin haqqı var ki, sağlam xanımlarla ailə qursun.
Mən hətta verilişdə belə bir söz də işlətdim ki, əgər mənim qismətimə məhdudiyyətli insan çıxsaydı, mən o şəxslə ailə həyatı qurardım. Amma bildiyiniz kimi, mən 3 ildir evliyəm. Sağlam və xoşbəxt ailəm var.
Bəzi saytlar da xəbərlərinə lazımsız başlıq qoyublar. Bəsdirin, məni camaata söydürdünüz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB