Günel: “Dodağımda dolğu, alnımda botoks var, burnum da estetikdir”

Günel: “Dodağımda dolğu, alnımda botoks var, burnum da estetikdir”

Müğənni Günel Zeynalova sosial şəbəkədə ona ünvanlanan suallara cavab verib. SİA-nın məlumatına görə, ifaçı bildirib ki, yazılan sualların çoxu estetik əməliyyat etdirməsi və ailə qurması haqda olub: “Üzümdə ancaq bu prosedurları etdirmişəm: burun əməliyyatı, alnıma botoks vurdurmuşam. Bir də dodağımda gel var. Mənə belə xoşdur. Halımdan məmnunam, sağlamam, məni belə sevin. Hazırda 48 kiloqram çəkim var.

Hamı yazır nə vaxt ailə qurursan? Bir də hansı pəhrizi saxladığımı soruşurlar. Ağzınızı bağlayın, duz, şəkər və çörəyi həyatınızdan çıxarın. Mən şokolad yeyib zəifləyənlərdənəm. Amma orqanizmim bu cürdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə