Nazpəri ölən oğlundan yazdı: "Şəhid analarından artıq deyiləm" VİDEO

Nazpəri ölən oğlundan yazdı: "Şəhid analarından artıq deyiləm" VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün əvvəl dünyasını dəyişən oğlu Əli ilə bağlı sosial şəbəkədə paylaşım edib. SİA-nın məlumatına görə, müğənni övladının görüntülərini yayımlayaraq, bunları yazıb: "Əli balam, məkanın cənnət olsun. Nə qədər yansam da? bir təsəllim var: şəhid analarından artıq deyiləm. Övlad itirən valideynlər, Allah bizə səbr versin. Bu ağır günümdə yanımda olan, məni axtaran dostlarım, əzizlərim, Allah hər birinizdən razı olsun".

Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var.

https://www.instagram.com/tv/CM6tG1SBFvh/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə