Əməkdar artist pandemiyaya görə oğluna Moskvada toy etdi FOTOLAR

Əməkdar artist pandemiyaya görə oğluna Moskvada toy etdi FOTOLAR

Əməkdar artist Bəsti Sevdiyeva oğlu Ayxana toy edib. SİA-nın məlumatına görə, müğənni pandemiyaya görə övladının toyunu Rusiyada edib. Bu haqda Sevdiyeva verilişlərin birində deyib: "Gülarə oğlumun öz seçimidir. Qız Rusiyada yaşayırdı. Pandemiya düşdü, gördüm ki, çox uzanır. Fikirləşdim ki, uşaqlar nə qədər telefonla danışacaq. 2 ildir münasibətləri var idi. Dedik, pandemiya nə vaxt bitəcək bilmirik. Ona görə də, qərar verdik ki, Rusiyada toy edək. On günlük Moskvaya getdik, "hə", nişan, xınayaxdı oldu. Sonra da qız toyu etdik, qızı evimizə gətirdik. Hələ oğlan toyu olmayıb".

Qeyd edək ki, sənətçinin gəlini Gülarə stomatoloqdur.

Bütün xəbərlər Facebook səhifəmizdə