Televiziya əməkdaşı azərbaycanlı aktrisanın evindən oğurluq edib
Aktrisa-müğənni Çimnaz Soltanova "Lider" telekanalının əməkdaşı Zərif Əlixanovanın onun qızıllarını oğurladığını iddia edib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Üç ildir ki, evimdə oğurluq olub. Ən yaxın rəfiqəm brilyantlarımı oğurlayıb. Zərif Əlixanova "Lider" telekanalında işləyirdi. Həmin vaxt onunla yaxın idim, hətta prodüserliyimi edirdi. Özü də izahat yazıb və boynuna alıb ki, özüm və qızım etmişik. Qızı uşaqdır, onun boynuna atır. Uşaq da durub deyir ki, mən etmişəm.
Bu adam dələduzluqla məşğuldur. Yeni il ərəfəsi çəkilişdən gəlmişdim. Həyat yoldaşımın aldığı 32 min avroluq sırğanı çıxarıb stolun üstünə qoydum. Hamı bilir ki, mənim keçmiş həyat yoldaşım professordu və Almaniyada həkim çalışırdı. Bir də mənə valideynlərimdən köhnə qızıllar qalmışdı. Onu belə götürüb aparıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB