Müğənni İlhamə Qasımova Xalq artisti Brilliant Dadaşova ilə bağlı yazılan statuslardan birinə qalmaqallı şərh yazıb. SİA-nın məlumatına görə, ifaçı Dadaşovanın bir neçə gün əvvəl "Ermənilər məni çox sevir, mahnılarımı dinləyirlər. Nyu-Yorkda mükafat alanda mənə yaxınlaşıb tərif söyləyirdilər" sözlərinə sərt reaksiya verib: "Həmin mükafatlandırma mərasimində mən də olmuşam. O, bir azərbaycanlı kimi qrim otağına girdi, orada iki ermənidən başqa mən və Taleh var idi. Bizimlə heç salamlaşmadı.
Otaqdan çıxıb erməni təşkilatçıdan özünə ayrı qrim otağı aldı. Guya ulduzluq etdi. Onların "afterparty"sinə də qatıldı, bizi ABŞ səfirliyində pis vəziyyətə saldı. Mən çıxışımı edəndən sonra konsertin ortasında çıxıb getdim.
Həmin erməni təşkilatçı qadın mənə yazıb dedi ki, o, niyə sizinlə salamlaşmadı? Dedim ki, bizi tanımır, "ulduzdur". Erməni arvad cavab verdi ki, "Sizi tanımır? Amma konsert təklifi ediləndə, fikirləşəcəyini dedi. Sizin olacağınızı biləndə razılaşdı. Əgər sizi tanımasaydı, fikrini sonradan dəyişməzdi".
Yenə də onun ayağını vermədim, o arvada hesab verməli deyildim. Sonra da gəldi Bakıya yalandan dedi ki, mənə 30 minlik "Mercedes" verdilər. ABŞ səfirliyi də bizi çağırdı ki, ora pul qazanmağa getmişdiniz? Nə maşın... Nə isə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB