Azad Azərbycan Teleradio Yayım Şirkətinin (ATV) tanınmış aparıcılarından olan Samir şəxsi həyatı barədə danışıb. SİA-ya açıqlama verən aparıcı ağırxasiyyətli olmasından söhbət açıb: "Qadınlara yarıyıram. Amma məni sevənlərə, özü də efirdən bəyənib sevənlərə yarımıram. Baxır kim məndən nə gözləyir? Kimisə çox istəyirəm, kiminləsə dostluq edirəm, kiməsə məni çox istədiyinə görə hörmət edirəm. Kimisə incidirəm. Çox çətin, ərköyün, kaprizli, çürükçü insanam. İstədiyim şeyi almasam əl çəkmərəm. Bir sözün axırına qədər gedirəm. Qadına əzab verirəm. Mənim üçün əsas özüməm. Qarşımdakının istəməsi önəmli deyil. Əgər mən istəyirəmsə, o da istəyəcək. Bəzən olur ki, onun istəməyindən mən bezirəm və istəmirəm".
Samir həyatında olan xanımdan da söz açdı: "O, mənim ən çox istədiyim insandır. Yaşının az olmasına baxmayaraq, çox ağıllı və mərddir. Vəziyyətlərə, hadisələrə elə münasibət bildirir, sanki mənim özümdür. İndiki qızlar o qədər şablondur ki, gərək fərqli olasan ki, diqqətimi çəkəsən. Bax, o, diqqətimi çəkməyi bacardı. Ona görə "dostumdur" deyə bilmirəm. O biri tərəfə keçmək ehtimalı var. Özü də çoxdur Sevgii tərəfə keçə bilər… Qorxuram sevgili deməkdən, çünki o qıza yazığım gəlir. Mən ona sevgili desəm bədbəxt olacaq. Nə gizlədim, onun sevgisi, diqqəti məni çox dəyişib. Onun mənə qarşı elə mərd davranışlarını gördüm ki... Çox adam deyə bilər, "səndən ötrü ölürəm", amma o bunu əməlində sübut edə biləcəkmi? Xeyr".
Samir yaşıdları kimi yaşaya bilmədiyini də etiraf etdi: "Özümə bəzi şeyləri sığışdırmamışam. Heç vaxt bulvarda əl-ələ qızla gəzməmişəm. Heç vaxt heç bir qıza yaxınlaşıb tanış olmamışam, bir nəfəri çıxmaq şərtilə. O gün tədbirdə bir qız yaxınlaşdı, salam verdi. Dayanıb, deyir: tanış ol da mənimlə. Deyirəm, vallah, tanış olmağı bacarmıram. Allaha and olsun, hələ bir qıza yaxından, ya uzaqdan "padxod" etməmişəm. Hətta xoşuma gələnə belə yaxınlaşmamışam. Həmişə mənə yaxınlaşıblar, birinci özləri tanışlıq veriblər. Vallah, yalan demirəm. Məni yekəxana bilmə. Mənə elə gəlir ki, hansısa qıza yaxınlaşsam, özümü sındırmış olaram. Birdən "yox" dedi… Lap "hə" desə də yaxınlaşmaram. Həm də arxayınam. Bilirəm ki, bir balaca maraqlandığım xanım onsuz da özü yaxınlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB