Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyeva sənətdə təsadüfi uğur qazanan şəxslərə ismarıc göndərib. SİA-ya açıqlama verən sənətçinin sözlərinə görə, uğuru qazanmaq asan, amma onu qoruyub saxlamaq çətindir: "Görürsən ki, biri əlində qılınc ortaya çıxır. Qılıncı oynadır. Amma qılınc əlindən yerə düşür. Bilirsiniz, təsadüfi uğuru qazanmaq olar. Amma onu əldə saxlamaq olmaz. Bu uğuru başımın tacı kimi gəzdirmək mənə qismət olub".
Xalq artisti xüsusilə vurğulayıb ki, özünü böyük siyasətçi, ictimai xadim hesab edir. O, sənətinin böyük siyasət olduğunu və buna şübhə ilə yanaşanlara sözünü çatdırıb: "Bu gün bəzilər deyirlər ki, İlhamənin nə siyasəti var?! Mən böyük siyasətçiyəm. Niyə? Mənim sənətim özü böyük siyasətdir. Bu siyasəti 48 ildir ki, yaşayıram. Hər hansı ölkədə oluramsa, öz sənətimlə siyasət yeridirəm. Dünyada yaşayan insanlara, xalqlara başa salıram ki, mən hansı ölkənin nümayəndəsiyəm və vətəndaşıyam. Sənətimlə dövlətimizin bayrağını yüksəklərə qaldırıramsa, demək mən çox böyük siyasətçiyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB