“Sen çal kapımı” serialı daha bir uğur qazandı

“Sen çal kapımı” serialı daha bir uğur qazandı

Ekranlara gəldiyi gündən yüksək reytinq göstəriciləri olan "Sen çal kapımı" serialına maraq günbəgün daha da artır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, şöhrəti Türkiyə sərhədlərini aşan ekran işinin baş rol ifaçıları Hande Erçel və Kerem Bürsin bu dəfə braziliyalı tamaşaçıların diqqət mərkəzində olublar. Aktyorlara braziliyalı fanatları müxtəlif hədiyyələr göndəriblər.

Keremle Hande hədiyyələrini digər həmkarları ilə birgə açaraq xatirə fotosu çəkdiriblər. Onlar bu şəkili sosial şəbəkə hesablarında yayımlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə