Xalq artisti: "Rusiyada həyat davam edir, paxıllığım tutur” VİDEO

Xalq artisti: "Rusiyada həyat davam edir, paxıllığım tutur” VİDEO

Xalq artisti Tünzalə Ağayeva Rusiyanın paytaxtı Moskvada konsert verib. SİA-nın məlumatına görə, müğənni uzun fasilədən sonra səhnəyə çıxmasının təssüratlarını bölüşüb: “Moskvada yaşayan soydaşlarımıza, sevənlərimizə təşəkkür edirəm ki, mənim mahnılarımı dinlədilər. Çox gözəl axşam oldu. Novruz bayramını fərqli tərzdə yaşadıq. Səhnə üçün darıxdığımı anladım. Moskvada həyat davam edir. Burada Böyük Teatrdan tutmuş bütün mədəniyyət ocaqları fəaliyyətini davam etdirir. Paxıllığım tutur. Çünki biz sənət adamları və tamaşaçıların səhnəyə ehtiyacı var. Ona görə də arzulayıram ki, tezliklə Bakıda konsert zalları açılsın”.

Xalq artisti Elçin Əzizov isə “Rusiyada həyat davam edir” deyərək, onun sözlərinə əlavə edib.

https://instagram.com/stories/tunzalea/2535028595681071614?utm_source=ig_story_item_share&igshid=91sychgz5g2p

Bütün xəbərlər Facebook səhifəmizdə