"Həyatı saxlamayın, qapanma çarə deyil!"

"Həyatı saxlamayın, qapanma çarə deyil!"

Müğənni-bəstəkar-aparıcı Murad Arif karantin rejiminin uzadılmasına etiraz edib. SİA-nın məlumatına görə, ifaçı məsləhət verməkdən də çəkinməyib: "Belarus, İsveç kimi sərt qapanmalara getməyən dövlətlərdə nəticənin digər ölkələrdəki kimi olmasına Ümumdünya Səhiyyə Təşkilatı nə izahat verir? Planet ÜST-ün çaldığı hava ilə nə qədər oynayacaq? Qapanmalar nə vaxta qədər çarədir?

Ümumiyyətlə, işləməyən sektorlar nə vaxta qədər belə qalmalıdır? Pozulmuş psixologiyalara, borclara, kreditlərə, cinayətlərə çarə fikirləşən olacaq? Restoranları açıb, onsuz da havalandırmanın bərbad olduğu, yoluxacağın o məkanlarda ad günü, nişan olmaz demək çarə idi? İdman zallarının bağlanması çarədir?

"Türkiyədə "Mall"ar olar, Rusiyada məclislər olar, bizdə olmaz? Məncə, tədbirlər adekvat deyil.

Dünyanı açın. Artıq hər ailə yoluxdu, hər kəs elementar qaydalarla tanışdır, ilk simptomları bilirik, testləri əlçatan edin. Məkanlarda spirtlər qoyun, maskalar tələb edin... Amma həyatı saxlamayın. Qapanma çarə deyil!".

Bütün xəbərlər Facebook səhifəmizdə