Azərbaycanın ilk şoumeni Qorxmaz Əlilidən çoxdandır bir xəbər yoxdur. Yerli mətbuatdan uzaq gəzən Q.Əlili bütün proseslərin pərdə arxasında qalır. Mərasimlərin birində gözümüzə dəyən şoumen SİA-ya açıqlama verib: "Bilirsiniz, mən şoumen olmamışdan qabaq gedib bu peşənin sirlərinə yiyələnmişdim. Moskvada Aleksandr Şou və bir sıra məşhur şoumenlərlə təmasda olaraq onların yaradıcılıqlarını öyrənmişdim. Və yalnız bundan sonra 1990-cı ildə gəlib Bakıda Estrada Teatrını yaratmışam. Artıq 1991-ci ildə estrada teatrı fəaliyyətə başlamışdı. Həmin ildə mən Respublika üzrə Meyxana müsabiqəsi, onun ardınca Oxşarlar festivalını elan etdim. Bunlardan sonra isə "Şou-Əlili" proqramı yarandı. Mən fəxr edirəm ki, Azərbaycan müstəqil olduqdan sonra ilk belə nəhəng layihələrin təşkilatçısı mən olmuşam. Eyni zamanda ilk dəfə olaraq prodüser işini də mən başlamışam".
Qorxmaz Əlili Azərbaycanda fəaliyyət göstərən prodüserlərdən də danışdı: "Prodüser televiziya, kino, teatr aləmində hər hansı bir layihəyə seçilən rəhbər anlamındadır. Həmin şəxs, layihənin baş tutması üçün nə lazımdırsa, maliyyə məsələlərini, yaradıcı qrupun yığılmasını və s. öhdəsinə götürür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB