Rejissor Nail Naiboğlu təqdirəlayiq addim atıb. SİA-ya bu haqda rejissorun özü açıqlama verib: "Mən Nail Naiboğlu hər bir şəhidimin əziz xatirəsinə mahnı, musiqi çarxı, klip, film çəkməyə hazıram. Şəhid ailələrindən, onların yaxınlarından, doğmalarından məni məlumatlandırmağı xahiş edirəm.
Artıq ilk layihəmiz hazırdır. 21 yaşlı Biləsuvar şəhidi Kənan Rüstəmlinin əziz xatirəsinə Xalq artisti Nazpəri Dostəliyeva sözləri və musiqisi Xanım İsmayılqızına aid "Lay Lay" mahnısını ifa edib. Bu bəstəyə klip çəkmişəm. Bu günlərdə ekran işinin təqdimatı olacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!"
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB