Samir Bağırov yenə tək qaldı

Azərbaycan estradasının ekstrovaqant müğənnilərindən olan Samir Bağırov yenicə həm stilisti həm də prodüseri Samir Əliyevlə iş birliyinə son qoyub onu Zöhrab Ağayevlə əvəz etmişdi ki, bu iş də bitdi. SİA-ya açıqlama verən Zöhrabın sözlərinə görə, onların iş birliyi cəmi 1 ay sürdü: "Mən onunla işləyə bilmirəm. Çünki Samir çox məsuliyyətsiz və tənbəldir. Məhz onun günahı ucbatından klip çəkilişlərinə başlaya bilmədik. İndi mən həmin süjetlə başqa müğənniyə klip çəkəcəyəm. Təəssüf edirəm ki, belə alındı. Amma daha buna dözə bilmərəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə