Əməkdar artist Gülbahar Şükürlü keçirdiyi beyin əməliyyatından danışıb. SİA-nın məlumatına görə, qarmon ifaçısı bu haqda verilişlərin birində danışıb: "4 saat əməliyyatda qaldım. Sonra həkim evə buraxdı, tapşırdı ki, dincəlməlisən, 3-4 ay sənə pozitivlik ötürən yerlərə get. Stresdən uzaq olmalısan. Sentyabrın 26-da evə gəldim, 27-də müharibə başladı. Necə stress yaşamayım? Bu da mənə pis təsir etdi. Həyat yoldaşım dünyasını dəyişəndən sonra bu yarandı. Həkim dedi ki, stresdən olub. Onlar ölüb gedir. Mən də indi ölü kimiyəm, elə yaşayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB