Dörd ildir Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı bu il də təxirə salınıb. SİA-nın məlumatına görə, bu haqda Xalq artisti Emin Ağalarov açıqlama yayıb. O bildirib ki, "Jara"nın yubiley konserti Rusiyada keçiriləcək.
Beşincisi keçirilən musiqi festivalında 200-ə yaxın məşhur yer alacaq. Tədbir iyunun 23-dən 27-nə kimi nəzərdə tutulub.
Emin onu da vurğulayıb ki, gələn il ilk dəfə "Miss Jara" keçirməyi planlaşdırır. O, "Jara"nın model agentliyini yaradacağını söyləyib.
Qeyd edək ki, "Jara"nın Bakıda iyulun sonu avqustun əvvəlində keçirilməsi planlaşdırılmışdı. Ötən il də festivalın yubiley tədbiri pandemiyaya görə təxirə salınmışdı.
Videoya linkdə baxa bilərsiz: https://www.instagram.com/p/CMhwr6Vg5ZB/?utm_source=ig_web_copy_link
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB