Müğənni Türkan Vəlizadə ad gününü qeyd edib. SİA-nın məlumatına görə, ifaçı özü haqqında etiraflar edib: "İllər keçir. Amma mənim üçün bu müddət çox qiymətlidir. Çünki Türkan Vəlizadə olaraq sevildim, bunun üçün bütün sevənlərimə minnətdaram. Allahımdan ən gözəl hədiyyə sevilməyim oldu. İllər mənə səbrli, iradəli olmağı öyrətdi. Yaşımın üstünə yaş gəldikcə hər il çox duyğulanıram. Çünki görmək istədiyim işlərim çoxdur. Allah işlərimin hər birini həyata keçirməyi nəsib etsin. Bu günüm üçün Tanrıma çox minnətdaram.
İllərlə insanları tanıdım, pisi yaxşıdan seçməyi bacardım.
Bu yaşım mənim üçün düşərli, sevgi dolu olsun. Bir sözlə nə yaxşı ki, sizlərin sevdiyi Türkan Vəlizadəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə